“Real” Poqbanı gözləyir
“Real” “Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqbanın keçidində israrını davam etdirir. Madrid təmsilçisi yaxın bir neçə ayda Fransa millisinin üzvünün son durumunu izləyir.
28 yaşlı orta sahə oyunçusu “qırmızı şeytanlar”la mövsümün sonuna qədər olan müqaviləsini yeniləməsə, ispanlar onu azad agent kimi heyətə cəlb etmək üçün danışıqlara başlayacaq. “Yuventus”, “Barselona” və PSJ-nin də gündəmində olan Poqbanı Mançester klubu da komandada saxlamaq niyyətindədir.
Qeyd edək ki, Pol Poqba bu mövsüm bütün turnirlərdə 13 oyun keçirib, 7 məhsuldar ötürmə verib.