“Real” Militao ilə razılaşdı
“Real”ın futbolçusu Eder Militao İspaniya klubu ilə müqaviləni uzadacaq. 24 yaşlı müdafiəçi ilə Madrid təmsilçisi arasında bununla bağlı razılıq əldə olunub.
Yeni anlaşma 2028-ci ilədək nəzərdə tutulub. Militaonun sərbəstqalma məbləği 1 milyard avro təşkil edəcək.
Qeyd edək ki, braziliyalı ötən mövsümün 50 matçında 2 qol vurub.