“Real” Kubonu satır

“Real” Kubonu satır

“Real”ın futbolçusu Takefusa Kubo “Real-Sosyedad”a keçəcək. Yaponiya millisinin 21 yaşlı yarımmüdafiəçisi tibbi müayinədən sonra bask klubunun üzvü olacaq.

Madrid təmsilçisi Kubonun transfer hüququnun 50 faizini satacaq. Bunun üçün paytaxt klubu 6,5 milyon avro qazanacaq.

Takefusa 5 illik müqavilə imzalayacaq. O, son üç il ərzində “Malyorka”, “Xetafe” və “Vilyarreal”da icarədə olub.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 20.07.2022

Növbəti yazı

Pavar üçün 35 milyon