“Real” futbolçusunu 6 milyona satdı

“Real” futbolçusunu 6 milyona satdı

“Real”ın futbolçusu Mario Gilanın “Latsio”ya keçidi rəsmiləşib. Bunu İtaliya klubunun mətbuat xidməti açıqlayıb.

21 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Romalılar transfer üçün 6 milyon avro ödəyib.

Amma oyunçunun transfer hüququnun 50 faizi “Real”da qalıb. Madridlilər həm də Gilanı geri almaq haqqına sahibdir.

Qeyd edək ki, Mario ötən mövsüm La Liqada 2 oyun keçirib.

ETOPAZ

Əvvəlki yazı

“Nyu-York”da 2 illik müqavilə

Növbəti yazı

UEFA avrokubokların mükafat fondunu açıqladı