“Real” Diazı komandada saxladı
“Real” Brahim Diazla bağlı qərarını verib. Klub futbolçunu heyətində saxlayıb.
“Kral klubu” bir çox klubdan təklif alan Diaza yeni müqavilə təklif edib. Tərəflər arasında razılıq əldə edilib. O, 2030-cu il iyunun 30-na qədər “Real”da çıxış edəcək.
26 yaşlı yarımmüdafiəçinin müqavilə müddəti 2027-ci il iyunun 30-na kimi idi.










