“Real” 300-ə çatdı
“Real” Çempionlar Liqası tarixində daha bir ilkə imza atıb. Madridlilər turnirdə 300 matça çıxan ilk klub olub.
İspaniya təmsilçisi Çempionlar Liqasında ilk dəfə 1995-ci il sentyabrın 13-də – “Ayaks”a qarşı oynayıb. Dünən isə Karlo Ançelottinin komandası 1/8 finalda “Liverpul”la (1:0) qarşılaşıb. Bu müddətdə “kral klubu” 300 matç keçirib.