“Real” 1/4 finalda
Klublarası dünya çempionatında 1/8 finalın son oyun gününə start verilib. İlk matçda “Real” “Yuventus”la qarşılaşıb.
Cütün taleyini bir qol həll edib. İkinci hissənin əvvəlində “Real” qələbə topunu vurub. Qonzalo Qarsiya 54-cü dəqiqədə fərqlənib.
Madridlilər 1/4 finalda “Borussiya” D – “Monterrey” cütünün qalibi ilə üz-üzə gələcəklər.
Dünya çempionatı
1/8 final
1 iyul
23:00. “Real” (İspaniya) – “Yuventus” (İtaliya) – 1:0
Qol: Qonzalo Qarsiya, 54