Raya “Arsenal”ın maraq dairəsində
“Arsenal” heyətini yeni qapıçı ilə gücləndirmək istəyir. “Topçular” David Raya ilə maraqlanır.
“Brentford”un qapıçısı az əvvəl “Bavariya”nın diqqət mərkəzinə düşmüşdü. O vaxt komanda ispaniyalı qolkiperin dəyərini 40 milyon funt qiymətləndirmişdi. “Arsenal”ın qarşı tərəfə rəsmi təklif göndərməsi barədə dəqiq informasiya yoxdur. Amma London klubu əsas qapıçı Aaron Remsdeyllə rəqabət aparacaq həmkar axtarır.