Raul “Real”ı tərk etdi

Raul “Real”ı tərk etdi

Raul “Real”ın gənclər komandasını tərk edib. Madrid klubu 47 yaşlı mütəxəssisin “Kastilya”nın baş məşqçi postundan ayrıldığını açıqlayıb.

Raul “Real”ın gənclər komandasına 6 il rəhbərlik edib və 2019/20 mövsümündə onlar UEFA Gənclər Liqasının qalibi olublar. Ümumilikdə ispaniyalı məşqçi klubun gənclər sistemində 7 il çalışıb və bu müddətdə bir il də yeniyetmələr komandasında işləyib.

Qeyd edək ki, Raulun “Lids”, “Vilyarreal” və “Şalke” klublarından təklif aldığı bildirilirdi.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 28.05.2025

Növbəti yazı

Ozan Can Kökçü “Volendam”da