Raul ”Lids”in təklifini qəbul etmədi
“Real”ın ikinci komandasında işləyən Raul Qonsales karyerasını İngiltərədə davam etdirməkdən imtina edib. O, “Lids”in baş məşqçisi olmaq təklifini qəbul etməyib.
46 yaşlı ispan mütəxəssis postundan qovulan Cessi Marşı əvəzləmək istəməyib. O, yeni baş məşqçi axtaran İngiltərə təmsilçinin rəhbərliyinə mövsümün yarısında komandanın “sükanı arxasına” keçməyin əleyhinə olduğunu deyib.