Raspadori yenidən A Seriyasında

Raspadori yenidən A Seriyasında

“Atletiko”nun hücumçusu Cakomo Raspadori A Seriyasında çıxış edəcək. “Atalanta” italiyalı forvardın keçidini həll edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, Berqamo təmsilçisi 25 yaşlı oyunçu üçün qarşı tərəfə 22 milyon avro ödəyib. 

Qeyd edək ki, “Atletiko” Cakomo Raspadorini mövsümün əvvəlində “Napoli”dən 22 milyon avroya transfer etmişdi.

ETOPAZ

Əvvəlki yazı

Demirbay “Kasımpaşa”da

Növbəti yazı

Con Heytinqa “Liverpul”da