Raspadori “Roma” yolunda
“Atletiko Madrid” hücumçusu Cakomo Raspadori komandanı tərk etmək üzrədir. Onun keçidi barəsində “Roma” ilə razılıq əldə olunub.
Forvard hələ ki, qərarını verməyib. O, klub rəhbərliyindən müəyyən vaxt istəyib.
Raspadori yekun qərarını vermədən öncə Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeone ilə vəziyyəti şəxsən müzakirə etmək niyyətindədir.










