Raoniç “Masters”dən kənar qaldı
Parisdə keçiriləcək “Masters” turnirinin iştirakçılarının siyahısında dəyişiklik olub. Dünyanın sabiq 3-cü raketkası Miloş Raoniç yarışa qatılmayacaq.
Onu turnirdə Benua Per əvəzləyəcək. Kanadalının kənarda qalmasına zədəsi səbəb olub. O, son 7 ayda cəmi 1 oyun keçirib.
Xatırladaq ki, turnir noyabrın 1-də start götürəcək.