Ranyeri “Roma” yolunda
“Roma” yenidən baş məşqçi postuna Klaudio Ranyeriyə həvələ etməyi planlaşdırır. İtaliyalı mütəxəssis “canavarlar”ın təklifini qəbul edib.
73 yaşlı məşqçinin tezliklə “Roma” ilə rəsmi müqavilə imzalayacağı bildirilir. O, bu postda istefaya göndərilən İvan Yuriçi əvəzləyəcək.
Qeyd edək ki, Ranyeri 2009-2011-ci və 2019-2020-ci illərdə “Roma”da işləyib.