Ranyeri ilkə imza atdı
“Roma”nın baş məşqçisi Klaudio Ranyeri A Seriyasında ilkə imza atıb. O, 5 Roma derbisində qələbə qazanan ilk baş məşqçi ünvanına sahib olub.
Mütəxəssis bunu komandasının XIX turda “Latsio”nu məğlub etməsi (2:0) nəticəsində gerçəkləşdirib.
Qeyd edək ki, “Roma” hazırda 23 xalla turnir cədvəlində 10-cu pillədə qərarlaşıb.