Ramosun qayıdış variantı

Ramosun qayıdış variantı

PSJ-nin futbolçusu Serxio Ramos İspaniyaya qayıda bilər. 37 yaşlı müdafiəçi peşəkar karyerasını başladığı “Sevilya”ya qayıdacağı gözlənilir.

Bu, onun Fransa klubu ilə müqaviləsi başa çatdıqdan sonra reallaşmalıdır. Amma bunun üçün Ramos nisbətən aşağı maliyyə şərtləri ilə razılaşmalı olacaq.

O, “Real”dakı sabiq komanda yoldaşı Kriştiano Ronaldonun keçdiyi “Əl-Nəsr”in də maraq dairəsindədir.

ETOPAZ

Əvvəlki yazı

Messi növbəti matçı buraxacaq

Növbəti yazı

Günün kuponu – 07.01.2023