Ramosun debütü təxirə düşdü
Fransa PSJ-sinin yeni transferi Serxio Ramosun debütü təxirə düşüb. Ulduz müdafiəçi Liqa1-də V turun “Klermon”la oyununu buraxacaq. Fiziki bərpa prosesi keçən arxa xətt oyunçusunun zədəsi ilə bağlı narahatçılıq yaranıb. O, bərpa prosesini gələn həftə davam etdirəcək. Ramos sol ayağındakı zədə səbəbindən İspaniya yığması ilə AVRO-2020-yə də qatıla bilməyib.
Xatırladaq ki, İspaniya “Real”ı ilə müqaviləsi başa çatan Serxio PSJ-yə azad agent kimi keçib.