Ramosdan yeni qərar
“Monterrey”in futbolçusu Serxio Ramos gələcəyi ilə bağlı qərar verib. O, Meksika klubundan ayrılacaq.
Bu barədə “Marca” nəşri məlumat yayıb.
Ramos klubla 31 dekabr tarixində başa çatan müqaviləsinin müddətini uzatmayacaq. 39 yaşlı mərkəz müdafiəçisi ilə Səudiyyə Ərəbistanı və MLS klubları maraqlanır.
Təcrübəli oyunçu DÇ-2026-da İspaniya millisinə dəvət almaq üçün rəqabətli çempionatda çıxış etmək istəyir.












