Ramosdan son 9 ilin rekordu
“Sevilya”nın müdafiəçisi Serxio Ramos xüsusi uğura imza atıb. O, Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunun PSV ilə matçında (2:2) məhsuldar ötürmə verib.
Müdafiəçi bununla da, 2014-cü ilin sentyabrından bu yana turnirdə ən yaşlı assist müəllifi olub. 9 il əvvəl “Roma”nın hücumçusu Françesko Totti ÇSKA-nı 5:1 hesabı ilə məğlub etdikləri matçda qol ötürməsi verəndə 37 yaş 355 günlüyündə idi.
PSV ilə görüşün 68-ci dəqiqəsində Nemanya Qudelə kömək edən Ramos isə 37 yaş 187 günlüyündədir.