Ramosa iki təklif
PSJ-nin futbolçusu Serxio Ramos karyerasını Səudiyyə Ərəbistanı və ya MLS-də davam etdirə bilər. 36 yaşlı müdafiəçinin müqaviləsi yayda başa çatacaq.
İspaniyalının Fransa klubundakı taleyinə Çempionlar Liqasının 1/8 finalından sonra aydınlıq gələcək. Onun xidmətində Kriştiano Ronaldonun çıxış etdiyi “Əl-Nəsr” və ABŞ klublarından biri maraqlıdır.
Qeyd edək ki, Serxio cari mövsümdə 27 oyun keçirib və 1 qol vurub.