Ramos üçün Argentina variantı
Serxio Ramosun klubsuz günləri sona çatmaq üzrədir. O, karyerasını Argentinada davam etdirə bilər.
Müdafiəçinin xidmətində “Boka Xuniors” maraqlıdır. Bu variant Ramosun “Real”dakı keçmiş komanda yoldaşı Fernando Qaqonun “Boka Xuniors”a baş məşqçi təyin olunmasından sonra ortaya çıxıb.
Argentinalının 38 yaşlı mərkəz müdafiəçisi ilə münasibəti çox yaxşıdır və onu “Boka Xuniors”a dəvət edib. Artıq tərəflər arasında danışıqlara start verlib. Xatırladaq ki, Ramos bu yay “Sevilya”dan ayrıldıqdan sonra klubsuz qalıb. Daha əvvəl “Deportivo” ispaniyalının transferinə eyham vurmuşdu.