Ramos “Real”la oyunu buraxacaq
PSJ-nin futbolçusu Serxio Ramos Çempionlar Liqasının “Real”la cavab oyununu da buraxacaq. 35 yaşlı müdafiəçi zədədən sonra hələ də tam bərpa olunmayıb.
Bu üzdən o, 1/8 finalın cavab görüşündə iştirak edə bilməyəcək. Qarşılaşma martın 9-da Madriddəki “Santyaqo Bernabeu”da keçiriləcək.
Qeyd edək ki, Ramos cari mövsümdə cəmi 5 oyunda meydana çıxıb.