Ramoş “Mançester Yunayted”in hədəfində
“Mançester Yunayted” heyətini gücləndirmək niyyətindədir. Klub “Benfika”nın hücumçusu Qonçalo Ramoşu transfer etməkdə maraqlıdır.
“Qırmızı şeytanlar” portuqaliyalı oyunçunu əlavə bonuslar da daxil olmaqla 120 milyon avroya qədər almaq üçün “Benfika” ilə danışıqlar aparıb. 21 yaşlı hücumçu “Mançester Yunayted”ə keçməyə hazırdır.