Ramos debüt qolunu vurdu
“Monterrey”in mərkəz müdafiəçisi Serxio Ramos Meksikada debüt qolunu vurub. 38 yaşlı futbolçu bu gün “Santos Laquna” ilə keçirilən matçda fərqlənib.
İspaniyalı futbolçu 57-ci dəqiqədə hesabı 2:1 edib. Ulduz müdafiəçi final fitinə qədər oynayıb. Bu, Serxio Ramosun “Monterrey”də forma geyindiyi 2-ci matç idi.