Ramos debüt etdi

Ramos debüt etdi

Serxio Ramos “Monterrey”in heyətində debüt edib. 38 yaşlı futbolçunun komandası Meksika çempionatında “San Luis”ə qalib gəlib – 3:1.

Meydana kapitan sarğısında çıxan Ramos 80-ci dəqiqədə əvəz olunub, qonaqlar da yeganə qolu məhz bundan sonra vurublar.

Oyundan sonra o, xoşbəxt olduğunu və futbol üçün darıxdığını bildirib.

Qeyd edək ki, Ramos sonuncu dəfə 2024-cü ilin mayında “Sevilya”nın heyətində meydana çıxmışdı.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 24.02.2025

Növbəti yazı

“Nyukasl”dan ev qələbəsi