Ramires karyerasını bitirdi
Braziliya millisinin sabiq futbolçusu Ramires vacib qərarını açıqlayıb. O, karyerasını başa vurduğunu açıqlayıb.
Yarımmüdafiəçi bunu sosial şəbəkə hesabında paylaşım edərək bildirib. Ramires “Çelsi”, “Benfika”, “Tszyansu Sunin”, “Palmeyras”, “Kruzeyro” və “Joenvil”də çıxış edib və klub səviyyəsində 494 matçda 73 qol vurub.