Ramil Vəlizadə mübarizəni dayandırdı
Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Paris-2024 Yay Olimpiya Oyunlarında çıxışını başa vurub. 200 m məsafəyə batterflyay üsulu ilə üzən idmançımız təsnifat mərhələsini adlaya bilməyib.
Buna onun yekun nəticəsi səbəb olub. Məsafəni 1 dəqiqə 59,77 saniyəyə qət edən üzgüçümüz 27 iştirakçı arasında 25-ci olub, bir idmançı isə yarışa qatılmayıb. Yarımfinala 16 ən yaxşı idmançı yüksəldiyi üçün Ramil mübarizəni dayandırmalı olub.