Rakitskidən rekord
Yaroslav Rakitski rekorda imza atıb. “Şaxtyor”un müdafiəçisi Çempionlar Liqasının “Antverpen”lə qarşılaşmasında qol vurub.
Bununla da arxa xətt oyunçusu 34 yaş 62 günlüyündə fərqlənərək turnirin tarixində qol vuran ən yaşlı ukraynalı olub. O, 33 yaş 36 gündə rəqib qaqpısına yol tapan əfsanəvi Andrey Şevçenkonun rekordunu yeniləyib.