Rahilin komandasından heç-heçə
Polşa çempionatında XX turun oyunları keçirilir. Azərbaycanlı müdafiəçi Rahil Məmmədovun şərəfini qoruduğu “Radomyak” da növbəti matçını keçirib.
Komanda “Şlask”ı qəbul edib. Görüş 1:1 hesablı bərabərliklə nəticələnib. Həmyerlimiz matça start heyətində çıxıb və sonadək meydanda olub.
Qeyd edək ki, Məmmədovun komandası 21 xalla 13-cü pillədə qərarlaşıb.