Rahilin komandası məğlub oldu
Rahil Məmmədov Polşada növbəti oyununa çıxıb. Onun formasını geyindiyi “Radomyak” ölkə çempionatında daha bir matç keçirib.
Komanda 11-ci turda “Rakuv”u qəbul edib və 0:2 uduzub. Millimizin üzvü bu matçda meydana start heyətində çıxıb və sona qədər oynayıb.
Qeyd edək ki, “Radomyak” turnir cədvəlində 9 xalla 18 komanda arasında 15-ci pillədə qərarlaşıb.