Rahil Məmmədovun komandasından uğurlu start
Rahil Məmmədov yeni klubunda ilk matçını keçirib. O, Polşa çempionatının 2024/25 mövsümünə qələbə ilə start verib.
Futbolçunun çıxış etdiyi “Radomyak” səfərdə QKS-in qonağı olub. Qarşılaşma Rahilin komandasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 28 yaşlı müdafiəçi bu görüşdə ehtiyatda qalıb.
Qeyd edək ki, “Radomyak” 2-ci turda son çempion “Yaqelloniya” ilə qarşılaşacaq.