Rahil Məmmədov Podolski ilə bacarmadı

Rahil Məmmədov Podolski ilə bacarmadı

Azərbaycanlı futbolçu Rahil Məmmədov Polşa çempionatında növbəti oyununu keçirib. Onun çıxış etdiyi “Radomyak” 21-ci turda səfərdə “Qurnik”in qonağı olub.

Zabje şəhərində keçirilən qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Həlledici qolu tanınmış almaniyalı futbolçu Lukas Podolski vurub. Rahil bu görüşdə 90 dəqiqə meydanda olsa da, komandansını məğlubiyyətdən xilas edə bilməyib.

Qeyd edək ki, Məmmədovun komandası bu matçdan 21 xalla 15-ci pillədə qərarlaşıb.

ETOPAZ

Əvvəlki yazı

Edersondan rekord

Növbəti yazı

“Bavariya”dan antirekord