Rahil Məmmədov “Araz-Naxçıvan”da

Rahil Məmmədov “Araz-Naxçıvan”da

“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb. Komanda mərkəz müdafiəçisi Rahil Məmmədovla anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı futbolçu ilə müqavilənin müddəti 1 ildir.

Qeyd edək ki, Rahil Məmmədov müxtəlif illərdə “Neftçi”, “Səbail”, “Zirə”, “Qarabağ”, Polşanın LKS Lodz və “Radomiak” klublarında çıxış edib. Müdafiəçi Azərbaycan milli komandasının üzvüdür.

ETOPAZ

Əvvəlki yazı

Moskera “Arsenal”da

Növbəti yazı

Pirlo “Yunayted”in baş məşqçisi təyin olundu