Rafinya “Real”ı da məyus etdi
Yeni mövsümə hazırlaşan Avropa nəhənglərinin yoldaşlıq oyunları davam edir. ABŞ turnesində olan “Real”la “Barselona” Las-Veqasda üz-üzə gəlib.
İspaniya klublarının duelində bir qol vurulub. “Barselona”nın yeni transferi Rafinyanın vurduğu qol kataloniyalılara qələbə qazandırıb – 1:0.
Bu, braziliyalı vingerin bu yay transfer olunduğu komandada ikinci topudur. “Lids”dən İspaniya klubuna keçən 25 yaşlı futbolçu “İnter Mayami” ilə debüt görüşündə (6:0) qol və 2 assistə imza atmışdı.