Rafinya Premyer Liqaya qayıdır

Rafinya Premyer Liqaya qayıdır

“Barselona”nın futbolçusu Rafinya İspaniya klubunu tərk etməyə hazırlaşır. Braziliyalı yarımmüdafiəçi yenidən İngiltərə Premyer Liqasında oynaya bilər.

Onun xidmətində “Nyukasl” maraqlıdır. İngiltərəlilər 26 yaşlı futbolçunu yayda transfer etməki üçün danışıqlara başlayacaq.

Bu keçidin 50 milyon avroya başa gələcəyi gözlənilir. Rafinya “Barselona”ya ötən yay “Lids”dən keçib. Onun anlaşması 2027-ci ildə başa çatacaq.

Qeyd edək ki, Rafinya “Barselona” ilə La Liqada 22 matçda 4 qol və 4 assistə imza atıb.

ETOPAZ

Əvvəlki yazı

Alkarasa görə təxirəsalma

Növbəti yazı

Debütdə 23 xal