Rafinya Premyer Liqa klublarının hədəfində
“Barselona”nın futbolçusu Rafinya komandadan ayrıla bilər. Onun xidmətində “Çelsi” və “Nyukasl” maraqlıdır.
Premyer Liqa təmsilçiləri yayda braziliyalı oyunçunu transfer etmək üçün Kataloniya klubunun ağır maliyyə vəziyyətindən istifadə etməyə çalışacaq. Bildirilir ki, “Barselona” 26 yaşlı futbolçunu satmaq istəmir və komandanın nəticəsinə daha az təsir edənlərlə yollarını ayırmağa üstünlük verir.