Rafinya London klublarının hədəfində
“Lids”in hücumçusu Rafinya London klublarından birinin heyətinə qoşula bilər. “Arsenal” və “Çelsi” braziliyalı futbolçunun xidmətində maraqlıdır.
London klublarının təkliflərinə baxmayaraq, 25 yaşlı braziliyalı futbolçu hələ də “Barselona”ya keçməyə ümid edir. Daha əvvəl bildirilmişdi ki, “Lids” “Arsenal”ın braziliyalı oyunçu üçün ilk təklifini rədd edib, çünki bu, İngiltərə klubunun öz oyunçusuna dəyər verdiyi məbləğdən nəzərəçarpacaq dərəcədə aşağıdır.