Rafinya hamını geridə qoydu

Rafinya hamını geridə qoydu

“Barselona”nın vingeri Rafinya Çempionlar Liqasında möhtəşəm mövsüm keçirib. Rafinya liqaya 13 qolla başçılıq edir. Həmçinin o, 9 asistlə ÇL-in ən çox məhsuldar ötürmə edən futbolçusudur.

Bundan əlavə, braziliyalı yaradılan dəqiq qol imkanlarına görə birincidir (13), yaradılan şansların ümumi sayına görə isə PSJ-nin futbolçusu Usman Dembele (hər biri 39) ilə birinci yeri bölüşür.

Qeyd edək ki, “Barsa” ÇL-in yarımfinalında Milanın “İnter”inə məğlub olub – 7:6. 

ETOPAZ

Əvvəlki yazı

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan minifutbol yığmasını təbrik edib

Növbəti yazı

Yıldız “Yuventus”da qalır