Rafinya “Barselona”da qalacaq

Rafinya “Barselona”da qalacaq

“Barselona” Rafinya ilə yeni müqavilə imzalayacaq. Tərəflər bununla bağlı danışıqları yekunlaşdırıblar.

Braziliyalı cinah hücumçusu ilə müqavilənin müddəti bir il artırılacaq. Yeni razılaşma 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

Qeyd edək ki, 28 yaşlı ulduz bu mövsümdə 56 oyunda 34 qol vurub, 25 ötürmə verib. O, İspaniya çempionu, kuboku və Superkuboku titullarını qazanıb.

ETOPAZ

Əvvəlki yazı

Formula 1 Azərbaycan Qran-prisi: Tribunalardakı yerlərin sayı 20 000-i keçəcək

Növbəti yazı

AFFA klubları cəzalandırdı