Rafael Ağayevdən çempionluq kəməri
Azərbaycan karateçisi Rafael Ağayev növbəti titulunu qazanıb. 5 qat dünya və 11 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı peşəkarların mübarizə apardığı “Karate Combat”da uğura imza atıb.
O, “Karate Combat 37” çərçivəsində titul görüşünə çıxıb. 37 yaşlı idmançımız ABŞ təmsilçisi Reymond Denielslə üz-üzə gəlib. Bu döyüşdə rəqibini məğlub edən Ağayev çempionluq kəmərini qazanıb.
Qeyd edək ki, Rafael 2018-ci ildən çıxış etdiyi “Karate Combat”da keçirdiyi bütün döyüşlərdə qalib gəlib.