Radukanudan imtina
US Open-2021-in çempionu Emma Radukanu Çindəki turnirlərə qatılmayacaq. Dünyanın 57-ci raketkası iki yarışda iştirakdan imtina edib.
Böyük britaniyalı tennisçi Ninbodakı WTA-500 və Quançjoudakı WTA-250 turnirlərində oynamayacaq. O, sonuncu dəfə Seuldakı yarışda korta çıxıb.
Radukanu Honkonqdakı turnirə qatılmağı planlaşdırır. Bu yarış oktyabrın 28-də başlayacaq.