Radukanu “Top-100”dən kənarda
Emma Radukanu Madriddəki turniri buraxacaq. Böyük britaniyalı tennisçi yarışın birinci mərhələsi ərəfəsində iştirakdan imtina edib.
O, Viktoriya Tomova ilə qarşılaşmaya çıxmayacaq. Buna tennisçinin sağ ovcundakı zədə səbəb olub.
Radukanu İspaniya paytaxtındakı turnirdən sonra dünya reytinqində “Top-100”ü tərk edəcək. Emma bu siyahıda 2021-ci ildəki “US Open”dəki qələbədən sonra daxil olmuşdu.