Rabyo “Yuventus”da qalmağda qərarlıdır
“Yuventus”un yarımmüdafiəçisi Adrien Rabyo komandada qalacaq. O, Turin klubundakı gələcəyi haqda danışıb:
“Sonda nə olacağını görəcəyik. Amma “Yuventus”da və Fransa millisində işlərin mənim üçün yolunda getdiyini deyə bilərəm.
Keçən yay klubda qalmaq qərarına gəldim. Çünki özümü “Yuventus”da yaxşı hiss edirəm. Bu, həm də Avropanın nüfuzlu turnirlərində oynamaq imkanıdır”.
Qeyd edək ki, futbolçunun klub ilə müqaviləsi 2024-cü ilə qədərdir.