Rabyo rəsmən “Marsel”də
Adrien Rabyonun yeni klubu bəlli olub. O,, karyerasını Fransada davam etdirəcək.
Yarımmüdafiəçi “Marsel”lə razılığa gəlib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 29 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, son klubu “Yuventus” olan Rabyo ilə “Qalatasaray” da yaxından maraqlanırdı.