Rabyo “Bavariya” yolunda
“Yuventus”un yarımmüdafiəçisi Adrien Rabyo komandanı tərk etməyə yaxındır. O, karyerasını “Bavariya”da davam etdirə bilər.
Almaniya klubu fransalı yarımmüdafiəçinin xidmətində maraqlıdır. O, münhenlilər üçün potensial transferlər siyahısındadır. 28 yaşlı futbolçunun “Yuventus”la hazırkı müqaviləsi 2023-cü ilin yayına kimi nəzərdə tutulub.