Rəşad Sadıqov: “Müəyyən üstünlüyümüz var”

Rəşad Sadıqov: “Müəyyən üstünlüyümüz var”

Konfrans Liqasında II təsnifat mərhələsinin cavab oyunları keçirilir. “Zirə” sabah “Dunayska Streda”nın qonağı olacaq.

Matçdan öncə qəsəbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:

“Bizi sabah çox vacib oyun gözləyir. Rəqibimiz evdə böyük istək və motivasiya ilə oynayır. İlk matçda qələbə qazanmışıq və müəyyən üstünlüyümüz var. Bakıda böyükhesabla uduzan rəqib ilk dəqiqələrdən irəli atılacaq. Biz mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik. Bu görüşə yaxşı hazırlaşmışıq. Sabah ən yaxşı oyunlarımızdan birini keçirəcəyimizə ümid edirəm. Futbolçularımız psixoloji cəhətdən gərgin mübarizəyə hazırdırlar”.

ETOPAZ

Əvvəlki yazı

“Sumqayıt” mübarizəni dayandırdı

Növbəti yazı

Millimiz Olimpiya çempionunu məğlub etdi