Rəşad Sadıqov: “Komandamın çıxışından razı qaldım”

Rəşad Sadıqov: “Komandamın çıxışından razı qaldım”

Konfrans Liqasında II təsnifat mərhələsinə start verilib. “Zirə” “Hayduk”la qarşılaşıb – 1:1.

Matçdan sonra təmsilçimizin baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:

“Maraqlı oyun alındı. Baxmayaraq ki, mövsümün birinci oyunu idi. Hər iki komanda meydanda istəkli idi. Birinci hissədə meydanda daha çox taktiki savaş gedirdi, hər iki komanda bir-birindən sıhv gözləyirdi. Elə oldu ki, rəqib buraxdı o səhvi, qol vurduq. Nəticəni artırmağa çalışırdıq. İkinci hissənin əvvəllərində yaxşı hücumlarımız oldu. İkinci qolu vursaydıq, fərqli sonlqu olacaqdı. Qol epizodlarından yaxşı yararlana bilmədik. Rəqib ilk ciddi hücumda fərqləndi. Bu tip oyunlarda rəqib hər fürsətdən istifadə edirsə, sən etmirsənsə, qələbə qazanmaq çətin olur. Komandanın çıxışından razı qaldım. Qələbəyə yaxın tərəf biz idik. Təəssüf ki, bunu edə bilmədik. İlk oyunlarda 1:0 qələbə, 1:1, ya 0:1 ikinci oyun öncəsi üstünlük ayratmır. Hər şey Splitdə bəlli olacaq. Sabahdan oyuna köklənəcəyik ki, səfərdə “Hayduk” üzərində qələbə qazanaraq mərhələ adlayaq”.

ETOPAZ

Əvvəlki yazı

Elmar Baxşıyev: “Komandam özünə inanır”

Növbəti yazı

“Qarabağ”dan uğurlu start