Rəşad Sadıqov: “İstərdik ki, bu dəfə də maraqlı mübarizənin şahidi olaq”

Rəşad Sadıqov: “İstərdik ki, bu dəfə də maraqlı mübarizənin şahidi olaq”

Azərbaycan kubokunda mövsümə yekun vurulacaq. Final matçında “Qarabağ” “Zirə” ilə qarşılaşacaq.

Oyundan öncə “qartallar”ın baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:

“Mövsümün son oyunudur. Kubokun finalında bayram abu-havasında oluruq. Sevinirik ki, bu bayramın bir parçası olacağıq. Biletlərin də sürətlə satıldığını görürəm. Azərkeşlər oyuna maraq göstərirlər. Biz ikinci dəfə “Qarabağ”la finalda qarşılaşacağıq. Birinci dəfə penaltilər seriyadında rəqib qələbə qazandı. İstərdik ki, bu dəfə də maraqlı mübarizənin şahidi olaq. Ciddi rəqibdir. Sonda sevinən tərəf olmaq istəyirik. Oyundan öncə danışmaq mənə həmişə çətindir. Amma layiqli qələbə qazanmaq istəyirik”.

Qeyd edək ki, final matçı saat 20.00-da “Liv Bona Dea Arena”da keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Qurban Qurbanov: “Hər bir futbolçu istəyər ki, ölkə kubokunu başı üzərinə qaldırsın”

Növbəti yazı

Premyer Liqanın başlama tarixi bəlli oldu