Rəşad Sadıqov: “Hər şeyə hazırlıqlı olmalıyıq”
Sabah Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. “Zirə” “Şerif”i qəbul edəcək.
Matçdan öncə “qartallar”ın baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:
“Oyun öncəsi danışmaq hər zaman çətindir. Qarşımızdakı rəqibin gücünü və təcrübəsini başa düşürük. Səfərdə qələbə qazanmışıq. Onlar Bakıya fərqli motivasiya ilə gəliblər. Qələbə qazanmağa çalışacaqlar. Biz də yaxşı hazırlaşmışıq. Qalır hazırlığımızı oyunda göstərmək. Bizi Moldovada olduğundan daha gərgin oyun gözləyir. İstərdik ki, oyun üstünlüyü ilk hissədən bizdə olsun. Hesabda önə keçək. Penaltilər seriyasına hazırlaşmırıq. Bunu sevmirəm. Amma hər şeyə hazırlıqlı olmalıyıq. 1-2 top fərqi ilə uduzsaydıq da, bunu deyəcəkdim. İstərdik ki, mərhələnin taleyi 180 dəqiqənin yekununda bizim xeyrimizə bitsin”.