Qyokereş “Əl Hilal”dan imtina etdi
Viktor Qyokereş “Əl Hilal”a keçməkdən imtina edib. İsveçli hücumçuya illik 35 milyon avro maaş təklif olunub.
Ərəblər Viktorun çıxış etdiyi “Sportinq”ə 65 milyon avro ödəməyə hazırdırlar. Amma Qyokereş karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək istəməyib.
Qeyd edək ki, 27 yaşlı hücumçu Portuqaliya çempionatında 39 qol vuraraq, “Sportinq”in çempion olmasında böyük rol onayıb.